jQuery
JQuery | |
---|---|
Tipi | Layihə |
Tərtibatçı | Con Resiq |
Repozitoriya | github.com/jquery/jquery |
Proqramlaşdırma dili | JavaScript[2] |
Əməliyyat sistemi | kross-platforma |
Yayımlanma tarixi | yanvar 2006 |
Sonuncu versiya |
|
Sayt | jquery.com |
Vikianbarda əlaqəli mediafayllar |
jQuery — JavaScript kitabxanası.
2006-cı ildə Con Reziq tərəfindən istifadəyə buraxılmışdır. Hal-hazırda Dave Methvin rəhbərlik etdiyi komanda tərəfindən inkişaf etdirilir. jQuery JavaScript kitabxanaları arasında ən çox istifadə olunan kitabxanadır. 10,000 ən çox ziyarət edilən saytın 55%-də jQuery istifadə edilib.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]CSS, HTML strukturunu vizuallaşdırır, jQuery HTML strukturunu hərəkətləndirir. Məsələn, düymənin basılması ilə emalçı birbaşa göstərişin yerinə idarəni JQuery-ə ötürülür, burada da, düymələr müəyyən edilir və sonra düyməyə basıldıqda emalçı onu təyin olunan funksiyaya uyğunlaşdırır. Davranışın və strukturun belə bölməsi Unobtrusive JavaScript adlanır.
JQuery kitabxanası, tapşırıqların maksimum geniş mühiti üçün faydalı funksionallığı mövcuddur. Bununla belə, jQuery-dəki funksiyaların uyğunlaşdırma məsələsi kitabxana istehsalçıları tərəfindən təyin edilmir, çünki, bu mənbə kodunun böyüklüyünə və mürəkkəbliyinə səbəb olur. Buna görə kitabxananın və plaqinlərin yığcam, universal nüvə arxitekturası yaradılmışdır. Bu resurs məhz funksional-JavaScript yığmağa imkan verir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]jQuery, bir qayda olaraq, bir xarici JavaScript-faylı kimi veb səhifəyə qoşulur:
<head>
<script src="jQuery.js-ə yol (yerləşmə)"></script>
</head>
jQuery-nin mənbə kodu həmçinin pulsuz olaraq Google-nin təqdim serverdə də mövcuddur.
<head>
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.11.1/jquery.min.js"></script>
</head>
JQuery-lə icra olunan bütün tapşırıqlar $
funksiyalarının köməyi ilə aparılır. Əgər saytda $
funksiyalarından istifadə edən başqa JavaScript tətbiq edilirsə, onda $
funksiyanın sinonimi olan — jQuery
-dən istifadə olunur. jQuery kodunu aşağıdakı qaydada yazmaq olar:
jQuery (function ($){
// burada skriptin kodu, yəni $ işarəsində təyin olunan jQuery funksiyalarına giriş obyekti olacaq
})
JQuery-dəki tapşırığı 2 tipə bölmək olar:
$()
funksiyanın köməyi ilə jQuery-obyektinin alınması. Məsələn, ona CSS-selektoru daxil edib, meyar daxilində olan bütün HTML elementlərinin jQuery-obyekti kimi qəbul etmək və sonra jQuery-obyektin müxtəlif metodlarının köməyi ilə onlara tapşırıqlar mənimsətmək olar.$
obyektinə qlobal metodlarla bağlantı. Məsələn, massivlər üzrə iterasiya olunma.
Nümunə
[redaktə | mənbəni redaktə et]- hide() və show() - bu funksiyaların köməyilə göstərilən HTML elementin gizlədilməsi (hide) və aşkar edilməsi (show) reallaşdırılır. Ən çox istifadə edilən funksiyalardandır:
<!DOCTYPE html>
<html>
<head>
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.11.1/jquery.min.js"></script>
</script>
$(document).ready(function(){
$("#hide").click(function(){
$("p").hide();
});
$("#show").click(function(){
$("p").show();
});
});
</script>
</head>
<body>
<p>Salam Dünya!</p>
<button id="hide">Göstər</button>
<button id="show">Gizlə</button>
</body>
</html>
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- jquery.com — JQuery rəsmi saytı
- jQuery UI