Vikipediya:Kənd meydanı

Vikimedia Hərəkat Mənfəəti təsdiq səsvermə nəticələri
[mənbəni redaktə et]- Bu mesajın Meta-vikidə başqa dillərdə mətnini tapa bilərsiniz. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Salam hamınıza,
Həm fərdi, həm də ortaq səsləri diqqətlə hesabladıqdan sonra Nizamnamə Seçki Komissiyası Vikimedia Hərəkatının Nizamnaməsi üzrə səsvermənin yekun nəticələrini məmnuniyyətlə elan edir.
Nizamnamə Seçki Komissiyasının məlumat verdiyi kimi, 9 iyul, 23:59 UTC tarixində səsvermə başa çatana qədər həm Tərəfdaş, həm də fərdi səslər üçün kvoruma çatdıq. Ratifikasiya prosesində səs verən bütün 2451 şəxsə və 129 Affiliasiya nümayəndəsinə təşəkkür edirik. Səsləriniz və şərhləriniz Hərəkat Strategiyasında gələcək addımlar üçün əvəzsizdir.
25 iyun - 9 iyul 2024-cü il tarixləri arasında keçirilən Vikimedia Hərəkatı Nizamnaməsi ratifikasiya səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:
Fərdi səs
[mənbəni redaktə et]İyulun 9-u saat 23:59-a (UTC) səs verən 2451 nəfərdən 2446-sı etibarlı səs hesab edilib. Bunlardan 1.710 "bəli"; 623 “yox” səs verdi; və 113 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından 73,30% Nizamnamənin təsdiqinə (1710/2333), 26,70% isə Xartiyanın rədd edilməsinə (623/2333) səs verib.
Filifikasiyalar səs verir:
[mənbəni redaktə et]9 iyul 23:59 (UTC) tarixinə səs verən 129 Affiliated seçicidən 129 səs etibarlı səs kimi təsdiqləndi. Bunlardan 93 "bəli"; 18 “yox” səs verdi; və 18 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından, 83,78% Nizamnamənin təsdiqinə (93/111), 16,22% isə Nizamnamənin rədd edilməsinə (18/111) səs verib.
Vikimedia Fondunun Qəyyumlar Şurası
[mənbəni redaktə et]Vikimedia Fondunun Qəyyumlar Şurası 8 iyul 2024-cü il tarixdə Şuranın növbədənkənar iclası zamanı təklif olunan Nizamnaməni ratifikasiya etməmək'yə səs verdi. Vikimedia Fondunun Qəyyumlar Şurasının sədri Nataliya Tımkiv nəticəni paylaşdı. səsvermə, qətnamə, iclas protokolları və təklif olunan növbəti addımlar.
Bununla da, Vikimedia Hərəkatının Nizamnaməsi hazırkı redaksiyada ratifikasiya olunmayıb.
Hərəkatımızın idarə olunmasında bu mühüm məqamda iştirakınıza görə sizə təşəkkür edirik.
Nizamnamə Seçki Komissiyası,
Abhinav619, Borschts, Iwuala Lucy, Tochiprecious, Der-Wir-Ing
MediaWiki message delivery (müzakirə) 17:52, 18 iyul 2024 (UTC)
- P.S Yuxarıdakı mətn tərcümə xətaları ilə doludur. Baxdım, azərbaycan dilini bilməyən bir ərəb istifadəçi tərcümə edib. Metada düzəltmişəm amma burda da düzəltmək lazımdır. Nemoralis (müzakirə) 21:30, 18 iyul 2024 (UTC)
- Niyə maşın tərcüməsi ilə edib anlamıram, elə ondansa orijinal mətni əlavə etmək yaxşıdır. Hörmətlə, Gadirmüzakirə 06:43, 19 iyul 2024 (UTC)
- Özünə xəbərdarlıq etmək lazımdır. Yəqin kiçik icmalı vikilərə də edib öz redaktə sayın artırır Atakhanli (müzakirə) 11:17, 19 iyul 2024 (UTC)
Yeni məqaləni necə gözəgörünən etmək olar?
[mənbəni redaktə et]Dəyərli Vikipediyaçılar mən iki gündür yeni məqalə hazırlamışam. İndi də redaktə edirəm. Sadəcə məqaləmə baxış olmayıb. Necə edim ki, hamıya gözəgörünən olsun? Ceyhun Midiyalı (müzakirə) 10:42, 19 iyul 2024 (UTC)
- Əsas ad fazada dərc olunmuş bütün məqalələr hamıya görünəndir. --► Hörmətlə: SolaVirum 12:36, 19 iyul 2024 (UTC)
- Mənim məqaləmi yoxlayıblar? Yazılıb ki, ilkin yoxlamadan keçməyib. Ceyhun Midiyalı (müzakirə) 15:44, 19 iyul 2024 (UTC)
- Harada yazılıb? Atakhanli (müzakirə) 13:57, 20 iyul 2024 (UTC)
- Siçanın oxunu məqalə adının üstündə tutanda elə yazılıb. Ceyhun Midiyalı (müzakirə) 14:26, 20 iyul 2024 (UTC)
- Harada yazılıb? Atakhanli (müzakirə) 13:57, 20 iyul 2024 (UTC)
- Mənim məqaləmi yoxlayıblar? Yazılıb ki, ilkin yoxlamadan keçməyib. Ceyhun Midiyalı (müzakirə) 15:44, 19 iyul 2024 (UTC)
Əməkdaşlıq həftələri
[mənbəni redaktə et]Salam. Düşünürəm ki, fərdi təşəbbüslə "Əməkdaşlıq həftələri" keçirmək olar. Məsələn, tutaq ki, mən "Ulduz müharibələri" mövzusunda məqalələrin çox olmağını istəyirəm, amma tək işləməyin uzun çəkəcəyini düşünürəm, buna görə də belə bir müsabiqə başladıram və sonunda ulduz filan veririk nəticələrə görə. Necədir? --► Hörmətlə: SolaVirum 12:44, 19 iyul 2024 (UTC)
- Redaktə Liqası? — Bikar müzakirə 12:56, 19 iyul 2024 (UTC)
- vikidə hansısa səhifə var idi, indi tapa bilmədim. istifadəçi bir növ tapşırıq verirdi, misal üçün bu istiqamətdə və ya konkret bir məqalə yaratmağı istəyirdi. qarşılığında da bir ulduz vəd edirdi. sonda nəticəyə görə vəd edən istifadəçi həmin tapşırığı icra edən istifadəçiyə həmin ulduzu verirdi. Atakhanli (müzakirə) 13:49, 19 iyul 2024 (UTC)
- Mən də xatırladım. @White Demon bilə bilər, orda onun cavabsız elanı var idi) Hörmətlə, Gadirmüzakirə 14:48, 19 iyul 2024 (UTC)
- Əla təklifdir. Konkret məqalə siyahısı tərtib edilsin. Maraqlı olan iştirakçılar da adlarını qeyd etsin. Redaktə maraqları üst-üstə düşməsin deyə, hərə öz məqalələrini seçsin və iş başlasın.--Tarixi Nadir (müzakirə) 14:55, 19 iyul 2024 (UTC)
- Vikipediya:Mükafat lövhəsi — Bikar müzakirə 15:21, 19 iyul 2024 (UTC)
- Kimin yadına gələr Kənd meydanında buna bənzər bir şey təklif etmişdim. Ay ərzində redaktəsi 1000 olana ulduz verilsin. Əksəriyyəti başladı. Bir-birləriynən zarafata biri dedi kukla verirəm. Biri dedi kuklamı gözlüyərəm. Vusalsuvarov1996 (müzakirə) 19:37, 19 iyul 2024 (UTC)
- Redaktə Liqası?(2) — Bikar müzakirə 20:34, 19 iyul 2024 (UTC)
- Portal və Vikilayihələrin yaradılmasını dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 21:00, 19 iyul 2024 (UTC)
- Əla təklifdir. Həmişə dəstəkləmişən yenə də mən razıyam bu təkliflə. Vusalsuvarov1996 (müzakirə) 15:01, 20 iyul 2024 (UTC)
- Portal və Vikilayihələrin yaradılmasını dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 21:00, 19 iyul 2024 (UTC)
- Redaktə Liqası?(2) — Bikar müzakirə 20:34, 19 iyul 2024 (UTC)
- Kimin yadına gələr Kənd meydanında buna bənzər bir şey təklif etmişdim. Ay ərzində redaktəsi 1000 olana ulduz verilsin. Əksəriyyəti başladı. Bir-birləriynən zarafata biri dedi kukla verirəm. Biri dedi kuklamı gözlüyərəm. Vusalsuvarov1996 (müzakirə) 19:37, 19 iyul 2024 (UTC)
- Mən də xatırladım. @White Demon bilə bilər, orda onun cavabsız elanı var idi) Hörmətlə, Gadirmüzakirə 14:48, 19 iyul 2024 (UTC)
Kateqoriyalardakı ad-soyad siyahıları haqqında
[mənbəni redaktə et]Bu başlıq Vikipediya:Kateqoriya müzakirələri səhifəsinə köçürülüb.
"VP:SS" qaydalarında müzakirələrə qoyulan 28 günlük məhdudiyyət haqqında
[mənbəni redaktə et]Vikipediya: Səhifə Silmə "VP:SS" qaydalarına görə silinməyə namizəd çıxarılmış səhifələrin müzakirəsi belə yekunlaşdırılmalıdır:
Müzakirələrin sonlandırılması
Müzakirələrə səs saymaqla son qoyulmur. Unutmayın ki, bu müzakirələr səsvermə deyil. Buna görə də şərh verən hər bir istifadəçiyə fikirlərini izah etmələri və qaydalara, təlimatlara istinad etmələri tövsiyə olunur. Müzakirə ən azı yeddi tam gün davam edir. Daha sonra razılıq varsa səhifələr inzibatçılar tərəfindən silinir. Müzakirə müddəti bitdikdən sonra az şərh verilmiş namizədliklərin müddəti inzibatçılar tərəfindən daha bir 7 gün müddətinə uzadıla bilər. Bir müzakirə maksimum 28 gün çəkə bilər.
Göründüyü kimi qaydalarda yazılır ki, bir müzakirə maksimum 28 gün çəkə bilər. Amma reallıqda bu qaydaya məhəl qoyulmur və bir çox hallarda müzakirələr aylarla çəkir. Burada müzakirəyə çıxarmaq istədiyim suallarım belədir:
1) Sizcə bu qaydaya niyə əməl edilmir? Bilirəm, bəziləri deyəcək ki, konsensus əldə edilməyib, ona görə, konsensus əsasdır və o əldə edilmədən müzakirəyə son qoymaq olmaz. Onda avtomatik belə bir sual çıxır. Bəlkə konsensus 10 il əldə edilməyəcək? Onda necə olsun?
Qeyd: Axı həm də bir çox hallarda konsensusun olub-olmaması nisbi məsələdir (buna çoxlu misallar gətirmək olar).
2) Əgər bu qaydaya əməl etmək mümkün deyilsə, niyə o qəbul olunub? Bilirəm, bəziləri deyəcək ki, bu şərti qaydadır. Onda gəlin müəyyən edək görək şərti qayda nə deməkdir? Və əgər şərtidirsə, bu qayda məhz bu şəkildə konkretmi yazılmalıydı?
3) Sizcə ümumiyyətlə müzakirələrə məhdudiyyət olmalıdırmı? Bəziləri deyə bilər yox. Amma məhdudiyyət olmadıqda sizə elə gəlmirmi ki, müzakirələr aylarla davam edə bilər və bundan müxtəlif məqsədlər üçün istifadə edərlər? Asel007 (müzakirə) 12:16, 20 iyul 2024 (UTC)
- Hörmətli həmkar @Asel007 hesab edirəm ki, müəyyən qədər haqlısınız. Bu qaydaya yenidən baxılmalıdır. Bir müzakirənin 28 gün çəkməsi ilə bağlı da ciddi tədbir görməliyik. Ümumiyyətlə hesab edirəm ki, müzakirələrə qoyulan müddəti götürməliyik. Çünki müzakirələr nəticə əldə olunana qədər davam etməlidir. Hörmətlə, Patriot (müzakirə) 19:02, 21 iyul 2024 (UTC)
- Hörmətli həmkar @Patriot, onda belə bir vəziyyəti təsəvvür edin: yaşayan insan haqqında bioqrafik məqalə silinməyə namizəd göstərilib, müzakirələrdə biri onu yıxıb sürüyür, biri tərifləyir və s. (amma bunun doğruluğunu, səhvliyini heç kim yoxlamır). Məsələn biri deyir, heç bir töhfə verməmiş şəxsdir, yaradıcılığı çox zəifdir, mükafatları saxtadır və s. O biri də yoxlamamış deyir, hə razıyam. Biri də deyir, yox siz səhvsiniz şəxsin görkəmli işləri var. Bunlar müzakirənin ilk 5-10 günündə baş verir. Sonra aylarla heç kim heç nə yazmır. Beləliklə nəticə əldə edilmir, vaxt məhdudiyyəti olmadığı üçün müzakirə bağlanılmır və aylarla gözlənilir ki, kimsə bəlkə nəsə yaza. İnternetdə həmin şəxsin adı yazılanda da bu müzakirə çıxır ortaya. Sizcə bu düzgündür? Sizə elə gəlmirmi ki, bundan həmin şəxsə qarşı piyar məqsədilə istifadə edilə bilər? Məncə belə müzakirələr yalnız müəyyən vaxt çərçivəsində internetdə açıq qala bilər, həmin müddət bitdikdən sonra müzakirələrə son qoyulmalıdır. Ya səhifə saxlanılmalı, ya da silinməlidir.
- Məhdudiyyətin olmaması digər neqativ hallarla da nəticələnə bilər. Məsələn, silinməyə namizəd çıxarılmış səhifələrin sayı vaxt məhdudiyyəti olmama səbəbindən kəskin arta bilər, onlara nəzarət etmək heç mümkün də olmaz. Təsəvvür edin, 1000-lərlə səhifə silinməyə namizəd çıxarılıb və heç bir müzakirə konsensus olmadığı üçün bağlanılmır, əksinə yeniləri əlavə olunur.
- Sual edə bilərsiniz ki, bəs razılıq əldə edilməyibsə necə etmək olar? Cavabım belədir:
- Mənim fikrimcə 28 gün, 1 ay, 2 ay, amma mütləq bir vaxt məhdudiyyəti olmalıdır. Əgər səhifəni müzakirəyə çıxardıqdan sonra, həmin müddət ərzində silinməsi üçün əsaslı razılıq əldə edilməyibsə, səhifə saxlanılmalı, yox əgər əldə edilibsə, silinməlidir. Asel007 (müzakirə) 04:16, 22 iyul 2024 (UTC)
Şablon:Kimyəvi Element
[mənbəni redaktə et]Bu başlıq Vikipediya:Şablon müzakirələri səhifəsinə köçürülüb.
Seçilmiş şəkil bölməsinin ləğvi barədə başlıq
[mənbəni redaktə et]Salam. Sizləri Ana səhifə ilə bağlı bu müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Gadirmüzakirə 09:35, 22 iyul 2024 (UTC)
Müzakirə nəticəsində silinmiş səhifələrin yenidən yaradılması
[mənbəni redaktə et]Salam. Son vaxtlar (elə əvvələr də) bu istiqamətdə fəaliyyətlər müşahidə edirəm, aktivlik çox aşağı olduğu üçün gözdən qaçdığı hallar olur, təkcə son vaxtlar hardasa on-onbeş məqalə aşkarlayıb silmişəm, baxmışam ki, öncədən də dəfələrlə yaradılıb və siliniblər, mühafizəyə almışam məcbur. Bu istiqamətdə təklifləriniz nədir? Mən düşünürəm ki, teq yarada bilsək, bu səhifələri izləmə şansımız daha rahat olar, normal səhifə 1 ay sonra patrullanıb gözdən itir yoxsa. Hansı ki, birimizin qarşısınıza təkrar çıxana qədər. Düzdü, həmin başlıqlarda eyniadlı başqa məqalələr də yaradıla bilər, amma ehtimal azdır, yoxlayıb elə tədbir görərik. Bir də əsas adı mühafizə edəndə başqa üsullarla (məsələn, soyadın ilk hərfini kiçiklə vermə kimi) yaradılmağa çalışır, nə edə bilərik? Buna görə mühafizə də çıxış yolu deyil. Hörmətlə, Gadirmüzakirə 14:43, 22 iyul 2024 (UTC)
- Mən özüm də bilmədən Urmu nəzəriyyəsini axtarışa verdim. Yazıldı ki, yeni məqalə yaradın. Belə halla qarşılaşmamaq üçün nə etmək lazımdır.? Ceyhun Midiyalı (müzakirə) 14:58, 22 iyul 2024 (UTC)
- Mən dediyim başqa məsələdir Ceyhun Midiyalı. Müzakirə nəticəsində silinən məqalələrdən danışıram mən. Hörmətlə, Gadirmüzakirə 15:01, 22 iyul 2024 (UTC)
- Qədir qardaşım mən necə kömək edə bilərəm? Ceyhun Midiyalı (müzakirə) 15:07, 22 iyul 2024 (UTC)
- Fəaliyyətinizə davam edib töhfələr verməyə davam edərək :) Hörmətlə, Gadirmüzakirə 15:13, 22 iyul 2024 (UTC)
- Qədir qardaşım mən necə kömək edə bilərəm? Ceyhun Midiyalı (müzakirə) 15:07, 22 iyul 2024 (UTC)
- Mən dediyim başqa məsələdir Ceyhun Midiyalı. Müzakirə nəticəsində silinən məqalələrdən danışıram mən. Hörmətlə, Gadirmüzakirə 15:01, 22 iyul 2024 (UTC)
Vikipediya layihəsində axtar → Vikipediyada axtar
[mənbəni redaktə et]Müzakirəyə ehtiyac varmı bilmirəm, amma təklifim odur ki, lakonik formada dəyişdirilsin. Hörmətlə, Gadirmüzakirə 15:28, 22 iyul 2024 (UTC)
- Dəstəkləyirəm. Hörmətlə, Patriot (müzakirə) 09:36, 23 iyul 2024 (UTC)
Salam. Məlum olduğu kimi Azərbaycanca Vikipediyanın Ana səhifəsinin "yetim qalmış" bölmələrindən biri Bilirsinizmi bölməsidir. Bu bölməyə hər həftə ən az 5 maraqlı fakt əlavə olunmalı olduğu halda bölməyə maraq azdır. Demək olar ki, məndən və bəzən Gadir-dən başqa heç kim bu bölməyə maraqlı fakt təqdim etməyə elə də maraqlı deyil. Ona görə də həm istifadəçiləri həvəsləndirmək, həm faktların təqdim olunmasını sistemləşdirmək üçün Bilirsinizmi namizədləri səhifəsini yaratmışam, EnViki və TrViki əsasında bəzi kriteriyalar müəyyənləşdirmişəm. İstifadəçiləri həvəsləndirmək üçün medallar nəzərdə tutulub, istifadəçi qutuları da yaradılıb. İstifadəçiləri Bilirsinizmi namizədləri səhifəsinə daxil olaraq yaratdıqları məqalələrdən və ya başqa bir məqalədən maraqlı faktlar təqdim etməyə dəvət edirəm.
Bundan əlavə, Bilirsinizmi bölməsi ilə bağlı iki təklifim var:
- Bilirsinizmi bölməsinin Ana səhifədə Tarixdə bugün bölməsindən daha yuxarıda yerləşdirilməsini təklif edirəm. Həm EnViki, həm RuVikidə Bilirsinizmi bölməsi Tarixdə bugün bölməsindən öncə gəlir. Düşünürəm ki, bu bölmə çox aşağıda qalıb və Ana səhifədə "itib". Düşünürəm ki, bölməni bir az ön plana çıxarsaq daha çox maraq olacaq, oxucular da bölmə ilə daha rahat tanış olacaqlar.
- İnterfeysin sol menyusunda "Mövzulu ay" başlığının "Bilirsinizmi namizədləri" ilə əvəz olunmasını təklif edirəm. Onsuz da "Mövzulu ay" layihəsi neçə vaxtdır ki, aktiv deyil və keçirilmir. Ondansa Bilirsinizmi bölməsinə keçid verərək layihəyə marağı artıra bilərik.--Kosmik Ozan utora! 13:25, 23 iyul 2024 (UTC)
- Birinci təklif yaxşıdır. Ana səhifə daha oxunaqlı olar. Araz Yaquboglu (müzakirə) 14:10, 23 iyul 2024 (UTC)
- Azərbaycan Vikipediyası ingilis, rus və türk vikipediyasından geri qalır. Ceyhun Midiyalı (müzakirə) 14:56, 23 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı ingilis və rus dilində necə kitab çap edilib. Bu barədə məlumatınız varmı ? Kholat Syakhl (müzakirə) 18:02, 23 iyul 2024 (UTC)
- White Demon hər iki təklifinizi qəbul edirəm və doğru sayıram. Yaratmış olduğunuz səhifəyə görə də təşəkkür edirəm, ancaq istifadəsi bir az qəliz göründü mənə. Digər tərəfdən yuxarıda tərəfinizdən işlədilmiş yetim qalmış ifadəsi ilə razı deyiləm. Şəxsən mən ötən il ərzində ölkələr üzrə mövzular əlavə edirdim. 2023-cü ilin may ayından etibarən təqribən 20-dən çox ölkə üzrə məzmunlar yaratmışam. Əgər etiraz edən olmasa 52 ölkə üzrə bu məlumatları yaratmağa hazıram və beləliklə hər həftədə bir ölkə ön plana çıxar. Diqqətdən kənarda qalmış bölmənin inkişafı üçün pis fikir deyil məncə.--Kholat Syakhl (müzakirə) 18:01, 23 iyul 2024 (UTC)
- Menyuda yox, amma bölmənin alt sağında namizədlik səhifəsinə keçid vermək olar, birinci təklif pis deyil amma. Hörmətlə, Gadirmüzakirə 18:19, 23 iyul 2024 (UTC)
İstifadəçi Kholat Syakhlın qərəzli mövqeyi
[mənbəni redaktə et]Bu başlıq Vikipediya:Şikayət#İstifadəçi Kholat Syakhlın qərəzli mövqeyi səhifəsinə köçürülüb.
- Gadir məzmunu səhifənin redaktə qeydlərindən ayırıb birbaşa başqa səhifəyə köçürmək düzgün deyil. Ümumiyyətlə belə həssas məsələlərdə belə düzəlişlərin anlamı yoxdur.--Turkmen müzakirə 07:01, 24 iyul 2024 (UTC)
- @Gadir, zəhmət olmasa mənim şərhimi heç yerə köçürməyin. Ümumiyyətlə redaktələrini yerini dəyişmək vandalizmdir. Bu hərəkətlərin mənası nədir?! Turkmen müzakirə 07:14, 24 iyul 2024 (UTC)
- Vandalizm olduğu harada yazılıb? Bunu tək mən etmirəm, tək bizim vikiyə xas deyil. Müzakirələrin uyğun səhifələrə köçürülməsi tam normal prosedurdur. Mənasını, yəni səbəbini müzakirə səhifəmdə qeyd etmişəm. Hörmətlə, Gadirmüzakirə 07:16, 24 iyul 2024 (UTC)
- İstifadəçilər harada istəyirlərsə orada müzakirə aparmaq müstəqilliyinə sahibdirlər. Heç kimin başqasının şərhini götürüb başqa yerə köçürməyə haqqı yoxdur. Bu vandalizmdir və blok səbəbidir. Zorla hansısa səhifəni aktivləşdirməyə ehtiyac yoxdur. Turkmen müzakirə 07:16, 24 iyul 2024 (UTC)
- Qəribədir, sizdən başqa heç kim etiraz etmir. Dediyim kimi, bunu tək mən etmirəm və burada hansısa qayda pozuntusundan söhbət gedə bilməz. Zorla səhifə aktivləşdirmək üçün yox, sadəcə müvafiq səhifələrdə müzakirə aparılması lazımdır, hər müzakirə burada açılsa burası dolub daşar ki. Hörmətlə, Gadirmüzakirə 07:18, 24 iyul 2024 (UTC)
- @Gadir, bəs bu "lazım"a kim qərar verir? Ümumiyyətlə icmanın VP:MÜZAKİRƏ qaydaları haqqında yekun qərarı varmı, yaxud belə qayda varmı? Başqa yerdə var deyə sizin haqqınız varmı istifadəçilərin şərhini burdan götürüb harasa köçürəsiz? Turkmen müzakirə 07:21, 24 iyul 2024 (UTC)
- Zəhmət olmasa özümə deməmiş mənim şərhlərim arasında yerdəyişmə etməyin. Turkmen müzakirə 07:24, 24 iyul 2024 (UTC)
- Qayda boşluğu mənim problemim deyil, amma mən səhv etməmişəm. Qayda boşluğuna qalsa azvikidə nizam-intizam olmaz. Mən də digər həmkarlar kimi ümumi təcrübəyə əsaslanmışam. Nəyə görə tək mənə irad bildirirsiniz anlamıram. Axı bunu tək mən etmirəm. Digər istifadəçilərin də mövzu ilə bağlı fikirləri maraqlıdır, əgər deyirsinizsə konsensus alaq elə edək hamımız, mənim üçün problem yoxdur, alaq edək. Hörmətlə, Gadirmüzakirə 07:24, 24 iyul 2024 (UTC)
- @Gadir, mən şərh yazıram, girirəm ki, cavaba baxam şərh yoxdur. Götürüb köçürmüsüz öz müzakirə səhifənizə, orda da məni teq etmədən mənə cavab vermisiz. Niyə edirsiz ki bunları? Turkmen müzakirə 07:28, 24 iyul 2024 (UTC)
- @Turkmen, mənə müraciət etmisiniz deyə və müzakirəyə orada davam edək deyə. Sizi teq etmişəm, bəy, ola bilsin bildiriş getməyib texniki səbəbdən. Hörmətlə, Gadirmüzakirə 07:30, 24 iyul 2024 (UTC)
- @Gadir, sizə olunan bütün müraciətləri öz müzakirə səhifənizə niyə köçürürsüz ki? Bunun mənası nədirki? Turkmen müzakirə 07:35, 24 iyul 2024 (UTC)
- @Turkmen, mənə müraciət etmisiniz deyə və müzakirəyə orada davam edək deyə. Sizi teq etmişəm, bəy, ola bilsin bildiriş getməyib texniki səbəbdən. Hörmətlə, Gadirmüzakirə 07:30, 24 iyul 2024 (UTC)
- @Gadir, mən şərh yazıram, girirəm ki, cavaba baxam şərh yoxdur. Götürüb köçürmüsüz öz müzakirə səhifənizə, orda da məni teq etmədən mənə cavab vermisiz. Niyə edirsiz ki bunları? Turkmen müzakirə 07:28, 24 iyul 2024 (UTC)
- @Gadir, bəs bu "lazım"a kim qərar verir? Ümumiyyətlə icmanın VP:MÜZAKİRƏ qaydaları haqqında yekun qərarı varmı, yaxud belə qayda varmı? Başqa yerdə var deyə sizin haqqınız varmı istifadəçilərin şərhini burdan götürüb harasa köçürəsiz? Turkmen müzakirə 07:21, 24 iyul 2024 (UTC)
- Qəribədir, sizdən başqa heç kim etiraz etmir. Dediyim kimi, bunu tək mən etmirəm və burada hansısa qayda pozuntusundan söhbət gedə bilməz. Zorla səhifə aktivləşdirmək üçün yox, sadəcə müvafiq səhifələrdə müzakirə aparılması lazımdır, hər müzakirə burada açılsa burası dolub daşar ki. Hörmətlə, Gadirmüzakirə 07:18, 24 iyul 2024 (UTC)