Vue.js (ing. vjuː, bu təxminən view sözünün tələffüzünə bənzəyir) — istifadəçi interfeyslərinin yaradılmasına yönələn proqressiv JavaScript kitabxanası. Monolit kitabxanalardan fərqli olaraq, Vue tədricən tətbiq edilərək, sıfırdan hazırlanmışdır. Kitabxananın nüvəsi yalnız icra təbəqəsinə yönəldilib və onu asanlıqla başqa kitabxanalarla və ya mövcud layihələrlə birləşdirmək olar. Digər tərəfdən, Vue həmçinin birsəhifəli proqramların (Single-Page Applications) yaradılması üçün də optimal vasitədir.

Vue.js
Tipi Kitabxana
Müəllif Evan Yu
Repozitoriya github.com/vuejs/core
Proqramlaşdırma dili JavaScript[3], TypeScript
Əməliyyat sistemi kross-platforma
İnterfeysin dili JavaScript
Yayımlanma tarixi fevral 2014 (10 il əvvəl) (2014-02)[1]
Sonuncu versiya 2.6.10
Lisenziya MIT License[2]
Sayt vuejs.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2013-cü ildə Google şirkətinin əməkdaşı olan Evan Yu (Evan You), layihələrdən birinin üzərində işləyərkən, belə bir nəticəyə gəldi ki, veb-proqramlarda mürəkkəb istifadəçi interfeyslərinin sürətli prototipləşməsi üçün hazır həll mövcud deyil: o dövrdə, React hazırlanmanın erkən mərhələsində idi və əsas alət hesab edilən AngularJS və ya MVC arxitekturasına yönələn Backbone.js kimi mürəkkəb kitabxanalardan istifadə edərək nəhəng proqramların hazırlanması o qədər də sadə deyildi. Evan Yu bu çətinliyi aradan qaldırmaq üçün Vue.js kitabxanasının hazırlanmasına başladı. Sözügedən kitabxana nəinki prototipləşməyə, həm də tam hazırlama üçün optimal alətə çevirildi. İlk versiya hesab edilən 1.0 versiyası 2015-ci ilin oktyabrında, 2.0 versiyası isə 2016-cı ilin sentyabrında dərc olundu.

İstinadlar

redaktə
  1. "First Week of Launching Vue.js". Evan You. 2019-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  2. "vue/LICENSE". GitHub. March 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2017.
  3. The vue-js Open Source Project on Open Hub: Languages Page. 2006.

Xarici keçidlər

redaktə